→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Yoram KOEN: "Son bir il ərzində Türkiyə, Azərbaycan və Tailandda üç ciddi hücumun qarşısı alınıb"

"Son bir il ərzində İsrailin İstanbuldakı baş konsulluğuna qarşı, Bakıda və iki həftə əvvəl Tailandda üç ciddi hücumun qarşısı alınıb".
APA-nın "Haarets"ə istinadən yaydığı məlumata görə, bu fikirləri İsrail təhlükəsizlik xidmətinin - ŞABAK-ın rəhbəri Yoram Koen Təl-Əvivdə mühazirə zamanı deyib. Bir saatlıq mühazirə zamanı Koen İsrailin təhlükəsizliyi, Yaxın Şərq problemi və regionda qeyri-sabit situasiya barədə danışıb.
Xatırladaq ki, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi xarici ictimai xadimləri qətlə yetirmək cəhdi ittihamı ilə ölkə vətəndaşları Rasim Əliyevin və Əli Hüseynovun saxlanılması və terror cəhdinin üstünün açılması barədə rəsmi açıqlama yayıb. Bu şəxslərin İrandan gələn təlimat əsasında hərəkət etdikləri bildirilib.

4 Fevral 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar