→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Xəzərin Azərbaycan sektorunda donma müşahidə olunur

Xəzərin Azərbaycan sektorunda donma müşahidə olunur
Dənizin Siyəzən, Nabran, Hacı Zeynalabdin Tağıyev qəsəbəsi və Sumqayıt sahilləri buz bağlamışdır
"Xəzərin Azərbaycan sahillərində donma müşahidə olunur. Hazırda Siyəzən rayonu ərazisində kiçik çayların töküldüyü yer buz bağlamışdır. Siyəzən tərəfdə sahildən 10 metrə qədər, Nabranda 5-6 metrə qədər donma müşahidə olunur. H. Z. Tağıyev qəsəbəsində sahildən 20-30 metr, Sumqayıtda 30-40 metrə qədər ərazidə donma qeydə alınmışdır". Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov demişdir. O bildirmişdir ki, müşahidə olunan buz təbəqəsəi kövrəkdir və tez sına bilir. Siyəzən və Nabran rayonlarında buz qatının qalınlığı 5-8 sm-ə çatır: "Hazırda Şimali Xəzərdə hətta buzların hərəkəti də müşahidə olunur. Şimali Xəzərdə 15-20 sm-ə qədər, Dərbənd-Mahaçqala zonasında 8-15 sm intervalında donma müşahidə olunur".
Qeyd edək ki, Xəzərin Azərbaycan sahillərində H. Z. Tağıyev qəsəbəsində fevralın 3-dən donma müşahidə olunmuşdur.
Sonuncu dəfə Xəzərin Azərbaycan sektorunda anomal buz bağlama hadisəsi isə 1920 və 1953-cü illərdə müşahidə edilib. 1920-ci ilin soyuq qışında Orta Xəzərdə buz bağlama hadisəsi Qızılağac körfəzində qeydə alınıb. Bu da orada 10 mindən çox köçəri quşun məhvinə səbəb olub. 1953-cü ildə isə Xəzərin şimalında buz bağlama hadisəsi baş verib, bunun nəticəsində Orta Xəzərə, hətta Abşeron sahillərinə qədər buz parçaları gəlib çıxıb. O vaxt Neft Daşlarına təhlükə yaranmasın deyə buzları bombalayaraq parçalayıblar.

7 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar