→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Xarici xəbərlər. Venesuela

Çaves kurortları da milliləşdirir
Prezidet Uqo Çaves Los Rokos arxipelaqındakı kurortların milliləşdiriləcəyini bəyan edib. O, həmin regionda sərfəli qiymətli dövlət kurortlarının yaradılacağını vurğulayıb. Qeyd edək ki, 1999-cu ildə hakimiyyətə gələndən Çaves neft və qızıl hasilatı, poladtökmə, kənd təsərrüfatı və inşaat kompaniyalarını milliləşdirib.
Xəbəri Assoşieyted Prees agentliyi verib.

Yaponiya
Məhkəmə prosesi
Hakim Demokrat Partiyasının ən nüfuzlu siyasətçilərindən biri İçiro Odzava barəsində məhkəmə prosesi başlayıb. O, korrupsiyada suçlandırılır. Partiyanın keçmiş lideri olan Odzava ittihamların siyasi səbəblərdən qaynaqlandığını iddia edir.
İnformasiyanı Kiodo Susin agentliyi verib.

Rusiya
Baş nazirin açıqlaması
Qlobal maliyyə böhranının nəticələri hələ də aradan qaldırılmayıb. Bu açıqlama ilə baş nazir Vladimir Putin çıxış edib. O qeyd edib ki, avqust ayında dünya indeksləri endikdən sonra maliyyə bazarlarında qeyri-müəyyənlik hökm sürür.

Küveyt
Vahid dəmiryolu şəbəkəsi
İran körfəzi ərəb ölkələrini vahid dəmiryolu şəbəkəsi birləşdirəcək. Bu açıqlamanı Küveytin kommunikasiyalar nazirinin müavini Əbdül Muhsen əl-Məzidi verib. Dəmiryolu Küveytdən Yəmən sərhədinə qədər uzanacaq. Hər ölkə yolun öz ərazisindəki sahəsini özü inşa edəcəkdir.
Xəbəri Röyter agentliyi verib.

Meksika
Polis əməliyyatı
Poliş "La Familiya" narkokartelinin başçısı Martin Rosales Maqananı həbs edib. O, 3 əlaltısı ilə birgə Mexiko ştatında saxlanılıb. Son illər ölkədə narkokartellərin öz aralarındakı qarşıdurması və onların hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmaları nəticəsində on minlərlə insan həlak olub.
İnformasiyanı BBC yayıb.

Braziliya
İnvestisiya planı
Yaponiyanın "Nissan" avtomobil konserni Braziliyada yeni müəssisə inşa edəcək. Layihəyə 1,4 milyard dollar investisiya yönəldiləcək. Müəssisədə ildə 200 min avtomobil istehsal ediləcək.
Məlumatı CNN verib.

Hazırladı: Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

8 Oktyabr 2011, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar