→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin baş direktoru: "Sonuncu sorğuya görə Vladimir Putin 58,6 faiz səslə qələbə qazanacaq"

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin apardığı sorğuların nəticəsinə görə 4 martda keçiriləcək Rusiya prezidentliyinə seçkilərdə Vladimir Putin qələbə qazanacaq.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə mərkəzin baş direktoru Valeri Fedorov fevralın 20-də "İnterfax" agentliyində keçirdiyi mətbuat konfransında açıqlama vermişdir. O, son sorğunun nəticələrinə görə V.Putinin 58,6 faiz səs qazanacağını bildirmişdir: İkinci yerdə 14,8 faiz səslə Gennadi Züqanov, üçüncü yerdə 9,4 faiz səslə Vladimir Jirinovski gəlir. Mixail Proxorov 8,7 faiz səslə dördüncü, Sergey Mironov isə 7,7 faiz səslə beşinci yeri tutmuşdur.
Mərkəzin sorğularında iştirak edən respondentlərin 64 faizi Vladimir Putinin birinci turda, 20 faizi isə ikinci turda qalib gələcəyini bildirmişdir.

 

 

 

21 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar