→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Türkiyədə AKP-nin hakimiyyəti dövründə 27 mindən çox PKK terrorçusu zərərsizləşdirilmişdir

Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gəldikdən sonra güc strukturlarının keçirdiyi əməliyyatlar nəticəsində 27 mindən çox PKK terrorçusu zərərsizləşdirilmişdir.
APA-nın xəbərinə görə, Türkiyənin daxili işlər naziri İdris Naim Şahin müxalifətçi millət vəkilinin sorğusuna cavab olaraq 2003-cü il yanvarın 1-dən 2011-ci il dekabrın 9-na qədər 1.268 terrorçunun öldürüldüyünü, 24.385 terrorçunun yaralı ələ keçirildiyini, 1.398 terrorçunun isə təslim olduğunu bildirmişdir.
Nazir həmin müddətdə terror təşkilatına məxsus 413.783 ədəd müxtəlif növlü döyüş sursatının, 2.661 əl qumbarasının, 519 ədəd iri və xırda kalibrli silahların aşkarlanaraq götürüldüyünü demişdir.

16 Fevral 2012, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar