→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Suriyada dinc aksiya iştirakçılarına artilleriya atəşi açılması nəticəsində 217 nəfər həlak olmuşdur

Suriya ordusu Xoms şəhərində kütləvi qırğın törətmişdir. APA-nın məlumatına görə, ordu birləşmələrinin dinc kütləyə artilleriyadan atəş açması nəticəsində ən azı 217 nəfər ölmüş, 600 nəfər yaralanmışdır.
Suriyanın "Syrian Observatory for Human Rights" hüquq-mühafizə təşkilatının məlumatına görə, fevralın 3-də Suriyanın Xama şəhərində hökumət əleyhinə üsyanın yatırılmasının 30 ili tamam olmuşdur. Üsyanın yatırılması nəticəsində on minlərlə dinc sakin öldürülmüşdür. Bu tarixi hadisənin ildönümü ilə əlaqədar Suriyanın müxtəlif şəhərlərində aksiyalar keçirilmişdir. Aksiyalar hökumət qoşunları ilə nümayişçilər arasında toqquşmalarla nəticələnmişdir. Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı aksiyalar 11 aydır davam edir. Bu müddət ərzində 6 mindən artıq dinc sakin və silahlı üsyançı, mindən artıq təhlükəsizlik xidməti əməkdaşı öldürülmüşdür.

5 Fevral 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar