→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Şiddətli soyuqlar Şərqi Avropada 79 nəfərin həyatına son qoymuşdur

Avropanın şərqində güclü qar yağması və şiddətli soyuqlar nəticəsində həlak olanların sayı 79-a çatmışdır.
Rumıniyanın Qara dəniz sahillərindəki bəzi ərazilər donmuşdur.
Bolqarıstanın 16 şəhərində isə havanın temperaturu son 100 ildə ən aşağı səviyyəyə düşmüşdür.
Şiddətli soyuqlar nəticəsində Serbiyada 5 nəfər həlak olmuşdur.
Qarın hündürlüyünün 2 metrə çatdığı Bosniya-Herseqovinanın şimalındakı yaşayış məntəqələrində isə iki gündür elektrik yoxdur.
Ən çox ölüm halları havanın temperaturunun mənfi 28 dərəcəyə düşdüyü Ukraynadır. Bu ölkədə soyuqlar evsiz 43 nəfərin həyatına son qoymuşdur. 720 nəfər isə donvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilmişdir. Rəsmilər Kiyevdə evsizlər üçün isti çay və yemək paylayan 1730 çadır qurulduğunu bildiriblər.
Polşada da havanın hərarəti mənfi 28 dərəcəyə düşmüşdür. Son 5 gün ərzində bu ölkədə 20 nəfər şiddətli soyuqlar nəticəsində həyatını itirmişdir.
Rusiyanın paytaxtı Moskvada isə 1 nəfər donaraq həlak olmuşudur.

3 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar