→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Senator Natali QULE: Qanun həm diplomatik, həm də hüquqi baxımdan Fransa üçün qəbuledilməzdir

Fransa parlamentində qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun qəbul edilməsi həm diplomatik, həm də hüquqi baxımdan Fransa üçün qəbuledilməzdir.
Bu sözləri Fransa Senatının üzvü Natali Qule demişdir. Xanım senator bildirmişdir ki, Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədridir. Buna görə də Fransa bitərəf mövqe tutmalıdır. Lakin bu qanunun qəbul edilməsi Fransanın münaqişə tərəflərindən birinin tərəfini tutduğunu göstərir. Türkiyə ilə də münasibətlərin korlanması Fransanın milli maraqlarına uyğun deyildir. Bunlarla yanaşı, qanun Fransa Konstitusiyasına da ziddir.
Xanım N.Qule bildirmişdir ki, qanunun Konstitusiya Şurası tərəfindən rədd edilməsi üçün əllərindən gələni edəcəklər.

5 Fevral 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar