→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Rusiyada NATO-nun xüsusi qərargahı qurulacaq

Rusiyada Əfqanistandan Avropaya daşınacaq yüklərin qəbulu üçün NATO-nun qərargahı qurulacaq.
Məlumata görə, rəsmi Moskva Əfqanıstandan gətirilən NATO-ya məxsus yüklərin ölkə ərazisindən Baltikyanı ölkələrə daşınması üçün razılıq vermişdir. Qurulacaq məntəqə isə Ulyanovsk ərazisində yerləşəcək. Əfqanistandan çıxarılan yüklər məntəqəyə təyyarələrlə çatdırılacaq, buradan isə qatarlar vasitəsilə Avropaya daşınacaqdır.
Qeyd edək ki, hazırda Əfqanıstana və oradan daşınan NATO-ya məxsus yüklərin 50 faizdən çoxu Rusiya ərazisindən keçir.

4 Fevral 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar