→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Rio-de-Janeyroda göydələnlər çökdü

Braziliyanın ikinci böyük şəhəri hesab olunan Rio-de Janeyronun mərkəzində, ən azı, iki göydələn dağılıb ("Reuters"). Söhbət 20 mərtəbəli binadan (bəzi məlumatlara görə 18 mərtəbəli) və onun yaxınlığında yerləşən 10 mərtəbəli binadan gedir. Yerli KİV-in bəzilərinin yaydığı məlumata görə, bu iki binanın arasında yerləşən 4 mərtəbəli tikinti də dağılıb.
Rio-de-Janeyronun meri Eduard Paeş jurnalistlərə deyib ki, binaların dağıntıları altından 4 nəfər xilas edilib. Bundan əvvəl isə şəhərin təcili xidmət əməkdaşları bildirmişdilər ki, çökmüş binalarda 11 nəfər qalıb, onların arasında ölən və yaralanan var.
Şəhərin Sinelandia meydanının yaxınlığında yerləşən binaların çökməsi yanvarın 25-də yerli vaxtla 22:30-da baş verib. Dağılmış binalarda ofislər, bankların bölmələri və "Petrograd" neft şirkətinin nümayəndəliyi yerləşirmiş.
Qeyri-rəsmi məlumatlara görə, inşaat-təmir işlərinin aparılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmaması binaların çökməsinə səbəb olub. Lakin şahidlər danışıblar ki, binaların çökməsindən əvvəl partlayış səsi eşidiblər. Hələlik baş vermiş hadisə ilə bağlı rəsmi versiya təqdim olunmayıb.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

29 Yanvar 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar