→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Misir öz səfirini Dəməşqdən geri çağırdı

"Frans-Press"in apardığı araşdırmalara görə, Misirin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, səfir " növbəti təlimatlara qədər" Qahirədə qalacaq. Suriya Prezidenti Bəşər Əsədin hərbçiləri hələ də Homs şəhərini və digər yaşayış məntəqələrini artilleriya atəşinə tuturlar. Nəticədə isə dinc sakinlər, diplomatlar, jurnalistlər və xarici vətəndaşlar amansız qarşıdurmanın qurbanlarına çevrilirlər. Buna görə də səfir geri çağırılıb və Bəşər Əsəd hakimiyyətdən getməlidir.
Bundan əvvəl isə bir sıra qərb ölkələri - ABŞ, Böyük Britaniya, Fransa və İtaliya öz səfirlərini geri çağırıblar. Hüquq müdafiəçilərinin sözlərinə görə, ötən ilin martından davam edən qarşıdurma nəticəsində Suriyada 6 mindən çox insan həlak olub. Bəşər Əsəd rejimini nəinki qərb ölkələri, hətta ərəb dövlətləri və Türkiyə də kəskin tənqid edir.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

 

 

21 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar