→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Liviyanın Fransadakı keçmiş səfiri işgəncəylə öldürülmüşdür

Müəmmər Qəddafi dövründə Liviyanın Fransadakı səfiri üsyançıların verdikləri işgəncə nəticəsində həlak olmuşdur. Bu barədə Britaniya mətbuatı məlumat yaymışdır.
Beynəlxalq Humans Rights Watch təşkilatı "Aşura şəhidləri" qruplaşmasının üzvləri tərəfindən həbs olunan Ömər Brebeşin cəsədinin Zintan şəhərinin xəstəxanasında aşkar edildiyini bildirmişdir.
Meyidi yarmış patoloqoanatomun məlumatına görə, Ömər Brebeş işgəncə və döymə nəticəsində aldığı çoxsaylı zədələrdən həlak olmuşdur. Onun dırnaqları çıxarılmış, bədənində çoxsaylı göyərmələr əmələ gəlmiş, çənəsi sındırılmış, ağzı və burnu qan içində olmuşdur.
Keçmiş səfir yanvarın sonlarında Tripolidə "Aşura şəhidləri" qruplaşması tərəfindən ifadəsi alınmaq üçün çağırılmışdı. Qruplaşmanın bazasına gələn Brebeşdən daha sonra xəbər çıxmamışdır. Bir neçə gün sonra qruplaşmanın nümayəndələri keçmiş səfirin evinə zəng edərək onun cəsədinin Zintan şəhərindəki xəstəxanaların birində olduğunu bildirmişlər.

7 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar