→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Hillari KLİNTON: "Fransanın yolu ilə getməyəcəyik"

ABŞ Fransa kimi qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun qəbul etməyəcək. 
Kütləvi informasiya vasitələrinin CNN-ə istinadən verdiyi məlumata görə, bu bəyanatla ABŞ rəsmisi Hillari Klinton Dövlət Departamentinin əməkdaşları ilə keçirdiyi görüşdə deyib. O, ABŞ-ın bu məsələdə Fransanın yolu ilə getməyəcəyini vurğulayıb.
Hillari Klinton bildirib ki, düşüncə və bəyanata görə cinayət məsuliyyətinin olmaması ABŞ-ın ən güclü tərəfidir: "İnsanlar ABŞ-da nə istəsələr, danışa bilərlər və buna görə bizim ölkədə insanlara heç nə etmirlər. Başqa ölkələrdə, o cümlədən Fransa kimi yaxın dostlarımız və müttəfiqlərimizdə isə başqa standartlar var. Ancaq mən ümid edirəm ki, biz heç vaxt ifadəyə görə cinayət məsuliyyətinin tətbiq edilməsi yolu ilə getməyəcəyik".
Hillari Klinton erməni soyqırımının tanınması, yaxud tanınmaması ətrafında müzakirələrin isə siyasətçilər deyil, tarixçilər tərəfindən aparılmalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, hakimiyyətlərin tarixi mübahisələrlə bağlı qərar verməsi təhlükəli nəticələrə yol aça bilər.

Elçin ABBASOV, "Xalq qəzeti"

28 Yanvar 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar