→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Günəş enerjisindən istifadə imkanları genişlənir

Alimlər ən ciddi problemlərdən olan enerji qıtlığına qarşı önəmli təcrübə keçməyə hazırlaşırlar. Təcrübədə İTER adlı reaktor günəşi izləyəcək, tükənməz nüvə istilik enerjisinin əldə edilməsi yollarını araşdıracaq.
"Beynəlxalq Nüvə Enerjisi Təcrübə Reaktoru"(İTER) təcrübə işlərinə gələn ay başlayacaq. Fransanın cənubundakı Cadaroche bölgəsində toplanan yüzlərlə elm xadimlərinin iştirakı ilə üzərində çalışılan ilk nüvə reaktorunun məqsədi dünyanı çirklənmə və qlobal isinməyə səbəb olan zəhərli yanacaqlardan xilas etməkdir.
Nüvə yanacağı qaz yaratmır və çox az miqdarda tullantısı olur. Öncjədən nüvə reaktırının maliyyə dəyərinin 7,2 milyard ABŞ dolları məbləğində olması gözlənilsə də miqdarın 15 milyard avroya qədər yüksəlməsi İTER layihəsinə üzv ölkələri narahat edir. Sərmayənin 45%-i Avropa Birliyinə, qalan hissəsi Çin,Hindistan, Cənubi Koreya, Yaponiya, Rusya və ABŞ-a aiddir. Layihənin həyata keçirilmə tarixi 2019-cu ilə qədər uzadılıb.

Şəlalə XUDAVERDİYEVA, Bakı Qızlar Universitetinin III kurs tələbəsi

 

29 İyul 2010, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS