→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Fransada 72 senator uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması haqda qanunun ləğvi üçün Konstitusiya Şurasına müraciət etmişdir

Fransa Senatında uydurma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun ləğvi məqsədilə Konstitusiya Şurasına müraciət etmək üçün tələb olunan minimum 60 imzanın toplandığı açıqlanmışdır.
APA-nın "Habertürk"ə istinadən verdiyi məlumata görə, müraciətə 72 senator imza atmışdır. Artıq senatorların müraciəti Konstitusiya Şurasına təqdim edilmişdir.
Xatırladaq ki, yanvarın 23-də Fransa Senatı tərəfindən qəbul olunan qanun hələlik prezident Nikola Sarkozi tərəfindən imzalanmamışdır.

1 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar