→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Estoniya vətəndaşlıq məsələsində həssaslığını saxlayır

Estoniya hökuməti müxalifətyönlü Mərkəzçi Partiyanın israrına rəğmən vətəndaşlıq almağın prosedurunu sadələşdirməkdən imtina edib (RİA "Novosti").
Mərkəzçi Partiya hesab edir ki, vətəndaşlıq almaq prosedurunu tənzimləyən hazırkı normativ aktlara əlavələrin edilməsi "qeyri-yerli əhalinin eston cəmiyyətinə inteqrasiyasını sürətləndirə və vətəndaşlığı olmayan şəxslərin sayını əhəmiyyətli şəkildə azalda bilər".
Mərkəzçilər həmçinin 65 yaşdan yuxarı olanların eston dili imtahanından azad edilməsini, Estoniyada doğulmuş uşaqlara vətəndaşlığın verilməsinin sadələşdirilməsini, eləcə də konstitusiya və vətəndaşlıq haqqında qanuna dair imtahanların təkcə eston dilində deyil, Avropa Şurasının digər dillərində, o cümlədən rus dilində verilməsi imkanının yaradılmasını təklif edirdilər.
Qeyd edək ki, hazırda Estoniyada 1,3 milyon insan yaşayır. Onların yalnız 84 faizi vətəndaşlığa malikdir. 120 min nəfər Rusiya vətəndaşıdır, 98 min nəfər isə qeyri-müəyyən vətəndaş hesab olunan şəxslərdir. Avropa Birliyi eston vətəndaşlığı almaq istəyənlərin xarici dildə imtahan verməsinin qadağan olunmasını Tallindən tələb edir. Qurum hesab edir ki, bu maddə ayrı-seçkilikdir.


Qəzənfər QASIMOV, "Xalq qəzeti"

17 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar