→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Britaniya kraliçası böhranın səbəbkarı olan bankiri cəngavər titulundan məhrum etmişdir

Böyük Britaniya kraliçası "Royal Bank of Scotland" (RBS) bankının rəhbəri Fred Qudvini cəngavər titulundan məhrum etmişdir.
"APA-ECONOMICS"in BBC-yə istinadən yaydığı xəbərə görə, kraliça II Yelizavetanın bu cür qərar verməsinə səbəb bankirin böhran zamanı buraxdığı səhvlər olmuşdur.
Kraliça ser F.Qudvinin titulunu hökumətin xahişi ilə geri almışdır. Hökumət hesab edir ki, bankir 2008-2009-cu illərdəki böhranın əsas səbəbkarlarından biridir və "Britaniyanın dövlət mükafatının reputasiyasını zədələmişdir". Halbuki əvvəllər yalnız məhkum olunmuş cinayətkarlar və peşəkar təşkilatlardan xaric edilmiş şəxslər bu tituldan məhrum olunmuşlar.
Qeyd edək ki, F.Qudvin bank işindəki xidmətlərinə görə 2004-cü ildə cəngavər tituluna layiq görülmüşdür. Onun rəhbərliyi altında RBS dünyanın ən nəhəng banklarından birinə çevrilmişdir. Lakin böhranın qızğın çağında bankda ciddi problemlər yaradılmışdır. Hökumət bankı müflis olmaqdan qorumaq üçün 70 milyard dollar xərcləməyə və RBS-i milliləşdirməyə məcbur olmuşdur. Hazırda bankın səhmlərinin 83 faizi dövlətə məxsusdur, R.Qudvin isə 70 min funt-sterlinq təqaüd almaqda davam edir.

2 Fevral 2012, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar