→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

BMT Suriya ilə bağlı qətnamə layihəsi hazırlamışdır

BMT Təhlükəsizlik Şurası Suriya haqqında qətnamə hazırlayıb. Bu qətnamə Rusiyanın kəskin etirazına səbəb olub .
BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsində qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası siyasi islahatlarla bağlı Ərəb Ölkələri Liqasının fikrini və planını bəyənir, onları müdafiə edir. Ərəb Ölkələri Liqasının planına görə, Bəşər Əsəd hakimiyyətdən getməli və Suriyada demokratik seçkilər keçirilməlidir.
Yeni qətnaməyə görə, BMT Təhlükəsizlik Şurası Suriyadan tələb edir ki, ölkədə insan hüquqları bərpa edilsin və iğtişaşlara son qoyulsun. Ərəb Ölkələri Liqasının planı barədə hələlik Rusiya öz mövqeyini bildirməyib. Hələlik o da bilinmir ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Rusiya və Çin bu sənədi imzalayacaqlar ya yox. Əgər Rusiya və Çin yeni qətnaməni imzalamasalar onda qətnamə qəbul edilmək üçün səsə qoyulacaq.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

4 Fevral 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar