→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Avropa Şurası Parlament Assambleyası Fransa Senatının üzdəniraq "erməni soyqırımı" ilə bağlı qərarını tənqid etmişdir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) tarixdən siyasi mübarizə məqsədləri ilə istifadə olunmasının yolverilməzliyini bəyan etmişdir.
AŞPA Fransa Senatının üzdəniraq "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutulması barədə qərarına belə münasibət bəsləmişdir.
AŞPA-nın müraciətində deyilir ki, tarixdən siyasi mübarizə aləti kimi istifadə etmək olmaz.
Türkiyə parlamentinin hakim Ədalət və İnkişaf Partiyasından deputatı Pelin Gündeş Bakır AŞPA-nın mövqeyini qiymətləndirərək demişdir: "Bu, Türkiyə üçün çox əhəmiyyətlidir. İndi Fransa ilə münasibətlər məsələsində biz Avropa Şurasının qərarına əsaslanacağıq".
"Freedom House" təşkilatı da Fransanın qərarını kəskin pisləyərək bildirmişdir ki, bu qərar söz azadlığı prinsiplərinə ziddir. Təşkilatın vitse-prezidenti Arç Paddinqton mübahisəli məsələlərlə əlaqədar zorakılığa çağırmayan fikir söylənməsinin cəzalandırılmasının yolverilməz olduğunu vurğulamışdır.
Xatırladaq ki, yeni qanundan şikayət verilməsi üçün imza toplanması davam edir. Fransa parlamentinin deputatları yeni qanundan Konstitusiya Məhkəməsində şikayət verilməsi üçün kifayət qədər imza toplamışlar.
Fransa Prezidenti Nikola Sarkozi may ayına nəzərdə tutulmuş prezident seçkiləri ərəfəsində rəqibi, Sosialist Partiyasının nümayəndəsi Fransua Ollandla müqayisədə populyarlığını itirməkdə davam edir. Teleproqramlardan birində F.Olland demişdir: "Mən Sarkozi kimi problemli adam deyiləm, mən problemlərin həllini tapan adamam".

AzərTAc

31 Yanvar 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar