→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar paketini fevralın 27-də qəbul edə bilər

Suriyaya qarşı yeni sanksiyalar paketinin Avropa Birliyinə daxil olan 27 ölkənin xarici işlər nazirlərinin fevralın 27-də Brüsseldə keçiriləcək toplantısında qəbul ediləcəyi gözlənilir.
APA-nın RİA "Novosti"yə istinadən yaydığı məlumata görə, bu barədə AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştonun mətbuat xidməti açıqlama vermişdir.
Məlumatlara görə, AB ölkələri hazırda Suriya Mərkəzi Bankının aktivlərinin birlik ölkələrində dondurulması məsələsini müzakirə edirlər. Bundan başqa, yeni sanksiyalarda fosfat, qızıl və digər qiymətli metalların, habelə almazın Suriyaya ixrac və idxalına qadağalar nəzərdə tutulur.

15 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar