→ DÜNYA XƏBƏRLƏRİ  /  Bütün xəbərlər  /

ABŞ Prezidenti Ermənistana yardımları azaltmağı, Türkiyəyə isə artırmağı təklif etmişdir

ABŞ Prezidenti Barak Obama büdcə ilə bağlı təkliflərində Ermənistana göstərilən iqtisadi yardımın həcmini 19 faiz azaltmağı təklif etmişdir.
APA-nın məlumatına görə, bununla bağlı Amerika Erməni Milli Komitəsi xəbər yaymışdır. Obama Administrasiyası, eyni zamanda Türkiyədə beynəlxalq hərbi təhsil proqramının həyata keçirilməsi üçün əlavə olaraq 3,6 milyon dollar ayırmağı təklif etmişdir. Administrasiya bildirmişdir ki, "Türkiyənin güclü qlobal tərəfdaş kimi rolu artmaqda davam edir".
Barak Obama ilkin olaraq Ermənistana yardımların 32 faiz azaldılması təklifini irəli sürmüşdür. ABŞ Konqresi Ermənistana 40 milyon dollar yardım ayırmağı nəzərdə tutsa da, Prezident bu rəqəmi 27,219 milyon dollaradək azaltmağı tövsiyə etmişdir. Bu, amerikalı konqresmenlərin təklif etdikləri rəqəmdən 12,8 milyon dollar azdır. Buraya narkotik qaçaqmalçılığı ilə mübarizə və hüquq-mühafizə sisteminin inkişafına ayrılan 2,824 milyon dolları və Ermənistanda səhiyyəyə dair qlobal proqramların gerçəkləşməsinə ayrılan 2,5 milyon dolları əlavə etdikdə, ümumilikdə Ermənistana ayrılan yardımın məbləği 19 faiz azalmış olur.

15 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar