→ İDMAN  /  Bütün xəbərlər  /

Fevralın birinci ongünlüyündə

Azərbaycan klublarının qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin pley-off mərhələsinə səfər görüşləri ilə başlayacağı məlum idi. Artıq oyunların vaxtı da müəyyənləşmişdir. "Azərreyl" səkkizdəbir finalın ilk görüşünü fevralın 1-də İsveçrədə yerli "Volero"ya qarşı keçirəcək, "Rabitə" isə həmin gün Polşada "Atom"komandasının qonağı olacaq.
Bakıda cavab görüşləri bundan bir həftə sonra keçiriləcəkdir. "Azərreyl" rəqibini fevralın 8-də, "Rabitə" isə ertəsi gün qəbul edəcək.
Çellenc kuboku yarışlarının səkkizdəbir final mərhələsi də elə həmin günlərə təsadüf edəcəkdir. "Lokomotiv"in Serbiyanın "Vizura" komandası ilə görüşləri fevralın 1-də Bakıda və 8-də Belqradda baş tutacaq. "Bakı" Xorvatiyanın "Rieka" klubu ilə mübarizəyə fevralın 2-də paytaxtımızda başlayacaq, səfərdə cavab görüşünü isə fevralın 8-də keçirəcəkdir.
Göründüyü kimi, fevralın birinci ongünlüyü böyük maraqla gözlənilən görüşlərlə zəngin olacaq. Bakının birdən-birə dörd komandası Avropa meydanlarında çətin sınaq ərəfəsindədir. İdman həvəskarlarımızın voleybol həyəcanı davam edir.

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

28 Yanvar 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar