→ SİYASƏT  /  Bütün xəbərlər  /

Svante Kornell: Demoqrafiyanı dəyişdirmək və sonra müstəqillik elan etmək yolverilməzdir

Con Hopkins Universitetinin Asiya-Qafqaz İnstitutunun direktoru, İsveç mənşəli ekspert, professor Svante Kornell bildirmişdir ki, Dağlıq Qarabağ problemi Kosovo məsələsindən köklü surətdə fərqlənir.
Professor Kornell demişdir: "Belə fərqlərdən biri insan hüquqlarının pozulması və əhalinin etnik tərkibinin dəyişdirilməsi faktlarının sayıdır. Kosovo münaqişəsində Serbiyanın kosovalılara qarşı etnik təmizləmə siyasəti aparması həmin ərazidə NATO-nun mandatı ilə beynəlxalq qüvvələrin yerləşdirilməsinə səbəb olmuşdur. Beynəlxalq müdaxilə müharibədən əvvəlki demoqrafik statusu bərpa etmişdir. Dağlıq Qarabağ münaqişəsində isə vəziyyət başqa cürdür. 1992-93-cü illərdə Qarabağda separatçılar etnik təmizləmələr aparmışlar. Bu, onların vəziyyətini Kosovodakından köklü surətdə fərqləndirir və separatçıların müstəqillik iddialarını zəiflədir. Demoqrafik vəziyyəti dəyişdirmək və sonra müstəqillik barədə siyasi bəyannamələr yaymaq yolverilməzdir. Bu, beynəlxalq hüququn fundamental prinsipidir".

Vüqar SEYİDOV AzərTAc-ın xüsusi müxbiri
Berlin

28 İyul 2010, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS