→ SİYASƏT  /  Bütün xəbərlər  /

Merilend ştatının senatoru Xocalı soyqırımı ilə bağlı açıqlama yaymışdır

ABŞ-ın Merilend ştatının senatoru Brayan Froş bu ölkədə yaşayan azərbaycanlılarının Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar keçirdiyi kampaniyaya cavab vermişdir. 
Senator Birləşmiş Ştatlardakı Azərbaycan icmasına göndərdiyi məktubunda yazmışdır: "Təəssüf ki, tarix boyu biz günahsız insanlara qarşı bu cür amansızlıqların şahidi olmuşuq".
Qeyd edək ki, Azərbaycan diasporu Xocalı soyqırımı ilə bağlı Amerika qanunvericilərinə məktublar ünvanlamışdır. Bu məktublarda bildirilir ki, 1992-ci il fevralın 26-da Ermənistan ordusu dinc azərbaycanlılara qarşı dəhşətli cinayət törətmişdir. Həmin gün Ermənistan hökumətinin həyata keçirdiyi etnik təmizləmə siyasəti soyqırımı aktı ilə nəticələnmiş, insanlar öldürülmüş, yaralanmış, əksəriyyəti qadın, uşaq və yaşlılardan ibarət günahsız insanlar əsir götürülmüşdür.
Diaspor üzvləri senatorları bu hərbi cinayəti və soyqırımı qanunvericilik aktları vasitəsilə tanımağa çağırmışlar.
Senator B.Froş isə Azərbaycan diasporunun bu məktubunu fevralın 26-da mütləq yada salacağını bildirmişdir.

22 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar