→ SİYASƏT  /  Bütün xəbərlər  /

Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqları tanınmalıdır

Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqları tanınmalıdır.
Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov fevralın 1-də Milli Məclisin 2012-ci il yaz sessiyasının ilk iclasında demişdir.
Ə.Əhmədov qeyd etmişdir ki, azərbaycanlıların Ermənistandan deportasiyasından 65 il ötür. Etnik təmizləmə siyasəti nəticəsində Ermənistan təkmillətli dövlətin formalaşmasına nail olmuşdur. Stalin rejimi zamanı deportasiyaya məruz qalmış xalqlara bəraət verilmiş, onların pozulmuş hüquqları bərpa olunmuş, lakin təəssüflər olsun ki, azərbaycanlılar öz doğma yurdlarına qayıda bilməmişlər.
Ə.Əhmədov demişdir: "Azərbaycan Respublikasının Milli Məclisi 10 minlərlə insanın həlak olması və böyük bir mədəniyyətin məhv edilməsi ilə nəticələnən deportasiyaya münasibətini bildirməlidir. Azərbaycan parlamentinin bu qərarı Avropanın müvafiq qurumlarının da deportasiyaya məruz qalmış Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması ilə bağlı müəyyən işlər görməsi üçün şərait yarada bilər".

AzərTAc

2 Fevral 2012, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar