→ SİYASƏT  /  Bütün xəbərlər  /

Əli Həsənov: Azərbaycan regionda həyata keçirilən transmilli layihələrin reallaşdırılmasında mühüm rol oynayır

Fevralın 13-də Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun üzvlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ilə görüşü olmuşdur. 
Əvvəlcə Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun prezidenti Telman Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyətindən ətraflı məlumat vermişdir.
Əli Həsənov Azərbaycanın daxili və xarici siyasətinin mövcud vəziyyətindən və perspektivlərindən danışmışdır. Son illər Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun artdığını deyən Əli Həsənov respublikamızın, eyni zamanda, regionda həyata keçirilən transmilli layihələrin reallaşdırılmasında mühüm ölkə olduğunu vurğulamışdır.
Azərbaycanın qonşu ölkələr və Avropa dövlətləri ilə yaxşı münasibətlərdə olduğunu qeyd edən Əli Həsənov Avropa ilə əlaqələrdə müəyyən problemlərin olduğunu da diqqətə çatdırmışdır. Şöbə müdiri bildirmişdir ki, Avropa ilə əlaqələrimizə mənfi təsir göstərən məsələlər də vardır. Burada Avropa ölkələri ilə viza problemini, gömrük-keçid məsələsinin liberallaşdırılmasını və digər məsələləri göstərmək olar. Bununla bağlı Azərbaycan Prezidentinin tapşırığı vardır və müvafiq qurumlar bu istiqamətdə iş aparırlar.
Sonra Əli Həsənova Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvlüyünə dair sertifikat təqdim olunmuşdur.
Sonda şöbə müdiri klubun üzvlərinin suallarını cavablandırmışdır.

AzərTAc

14 Fevral 2012, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar