→ SİYASƏT  /  Bütün xəbərlər  /

ABŞ Milli Kəşfiyyatının direktoru: "Qafqazda əsas potensial münaqişə ocağı Dağlıq Qarabağdır"

"ABŞ kəşfiyyatı Dağlıq Qarabağdakı vəziyyətdən və Avrasiyada yeni qaynar nöqtələrin meydana çıxması ehtimalından narahatdır"
APA-nın "İTAR-TASS"a istinadən yaydığı məlumata görə, bu fikirlər ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin ABŞ Senatının kəşfiyyat məsələləri üzrə komitəsinə təqdim etdiyi hesabatda öz əksini tapmışdır. "Qafqazda həll olunmamış münaqişələr və bəzi Mərkəzi Asiya ölkələrindəki qeyri-stabillik Avrasiyada yeni qaynar nöqtələrin meydana çıxmasının əsas səbəbi ola bilər. Qafqazda əsas potensial münaqişə ocağı Dağlıq Qarabağdır. Ritorikanın qızışması, tərəflərin bir-birinə etibar etməməsi, qoşunların təmas xəttində zorakılıq hallarının davam etməsi situasiyanın xəbərdarlıq etmədən eskalasiyasına gətirib çıxara bilər".
Ceyms Klepper bildirib ki, ABŞ-ın təhlükəsizliyi üçün əsas təhdidlər İran, Rusiya və Çindən qaynaqlanır: "İrana qarşı yeni sanksiyalar, o cümlədən Avropa Birliyinin İrandan neft almaqdan imtina etməsi əvvəlki addımlardan daha güclü təsirə malikdir, amma çətin ki, rejimin çökməsinə səbəb olsun. Kəşfiyyat məlumatlarına görə, İranın artıq nüvə silahı hazırlamaq üçün zəruri potensialı var. Amma Tehranın bu addımı atmağa başlayıb-başlamadığı barədə ABŞ kəşfiyyatında məlumat yoxdur".

2 Fevral 2012, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar