→ SƏRƏNCAMLAR  /  Bütün xəbərlər  /

Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərində İstiqlal Muzeyinin tikintisi üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 1 (bir) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 avqust 2011-ci il

3 Avgust 2011, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar