→ SƏRƏNCAMLAR  /  Bütün xəbərlər  /

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında (Bern şəhərində) Səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 yanvar 2012-ci il.

14 Yanvar 2012, Şənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar