→ RƏSMİ XRONİKA  /  Bütün xəbərlər  /

Azərbaycan Prezidenti İlham Əliyevin İordaniyanın Baş naziri Aun Al Xasauna ilə görüşü olmuşdur

Yanvarın 27-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İordaniya Krallığının Baş naziri Aun Al Xasauna ilə görüşü olmuşdur.
Azərbaycan Respublikası ilə İordaniya Krallığı arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğu bildirilən görüşdə hər iki ölkənin müxtəlif sahələrdə bir-birinə dəstək verməsinin əhəmiyyəti vurğulandı.
Görüşdə müxtəlif sahələri əhatə edən ikitərəfli əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıldı.

AzərTAc

29 Yanvar 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar