→ RƏSMİ XRONİKA  /  Bütün xəbərlər  /

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrində iştirak etmişdir
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də 48-ci Münxen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə iştirak etmişdir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirin iştirakçıları arasında olmuşdur.
Tədbirin aparıcısı İsveç Krallığının xarici işlər naziri Karl Bildt Azərbaycan Prezidenti İlham Əliyevə və digər qonaqlara bu konfransda iştirak etdiklərinə görə minnətdarlığını bildirdi.
Aparıcı Karl Bildt Prezident İlham Əliyevi müzakirələrin əsas məruzəçisi kimi təqdim edərək dedi:
- Çıxış etmək üçün möhtərəm iştirakçılarımız vardır. Burada Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. O, 2003-cü ildən Azərbaycanın Prezidentidir. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, "Alyans"ın sədri Maykl Dikman, "Qreenpeace" Beynəlxalq təşkilatının icraçı direktoru Kumi Naidu, Ukrayna Prezidenti Viktor Yanukoviç də tədbirdə iştirak edirlər. Qısa təqdimatdan sonra sözü Azərbaycan Prezidenti İlham Əliyevə veririk.
Prezident İlham Əliyev konfransda çıxış etdi.

 

5 Fevral 2012, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar