→   /  Bütün xəbərlər  /

"Paşa Sığorta" şirkəti boş iş yerlərinə vakansiya elan edir:

İnşaat və əmlak riskləri üzrə baş anderrayter - risk menecmenti prosesini idarə edir, inşaat və əmlak sığorta növləri üzrə şərtləri və tarifləri formalaşdırır, strateji müştərilər üzrə kommunikasiyanı həyata keçirir və şirkətin keyfiyyət idarəetmə sisteminin işində iştirak edir.
Tələblər:
1. Bakalavr diplomu (minimum), inşaat-texniki profil arzu olunandır.
2. Sığortada 2-3 illik iş təcrübəsi.
3. Riyazi aparata və məntiqi düşüncəyə sahib olmaq.
4. Layihələri sərbəst aparmaq, gərgin qrafik (under pressure) üzrə işləmək bacarığı.
Həyat sığortası üzrə anderrayter - həyat sığortasının bütün növləri üzrə risk menecmenti prosesində iştirak edir, bank sektoru ilə danışıqlar prosesində komandanın işini tənzimləyir və şirkətin Keyfiyyət İdarəetmə Sisteminin işində iştirak edir.
Tələblər:
1. İqtisadi və maliyyə, yaxud tibb sahəsi üzrə bakalavr diplomu.
2. Sığortada 1-2 illik iş təcrübəsi.
3. Riyazi aparata və məntiqi düşüncəyə sahib olmaq.
4. Biznes proqramlarını və onların tərkib hissələrini əlaqələndirmək bacarığı.
Təkrarsığorta üzrə mütəxəssis - təkrarsığorta şöbəsinin daxil olan və ötürülən təkrarsığorta üzrə işlərini tənzimləyir, təkrarsığorta sənədlərinin uçotu və nəzarəti üzrə işləri əlaqələndirir, beynəlxalq təkrarsığorta partnyorları ilə kommunikasiyada iştirak edir.
Tələblər:
1. İqtisadi və maliyyə sahəsində, yaxud riyaziyyat üzrə bakalavr diplomu.
2. Sığortada 1 illik iş təcrübəsi.
3. Riyazi aparata və məntiqi düşüncəyə sahib olmaq.
4. Yüksək kommunikasiya bacarığı.
Yuxarıda qeyd olunan bütün vəzifələr Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini inkişaf etdirilmiş işgüzar səviyyədə bilməyi tələb edir. Digər xarici dilləri bilmək müsbət qarşılanır.
"Paşa Sığorta" Şirkəti (www.pasha-insurance.az) əməkdaşlarını rəqabətli kompensasiya, professional və karyera inkişafı üzrə gözəl imkanlar və şirkətin maraqlı sosial həyatında iştirakla təmin edir.
"Paşa Sığorta" müsahibə və vəzifəyə təyin etmə prosesində namizədlərlə aparılan işin tam məxfiliyinə zəmanət verir. Maraqlanan şəxslərdən konkret vəzifəyə marağı vurğulamaqla Resumelərini snovruzova@pasha-insurance.az elektron ünvanına göndərmələri xahiş olunur.

 

 

 

7 Sentyabr 2010, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar