→   /  Bütün xəbərlər  /

Mövlud ÇAVUŞOĞLU: "Türkiyə ən çox Azərbaycanı dəstəkləyir"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu "Avropa İttifaqında Türkiyənin rolu" mövzusunda İsveçdə keçirilmiş konfransdakı çıxışında bildirmişdir ki, Türkiyə bütün platformalarda türkdilli ölkələrin mənafeyini qoruyur və bu, bizim vəzifəmizdir. Bu ölkələrin sırasında isə, ən çox Azərbaycanı dəstəkləyir.
AŞPA-nın sədri vurğulamışdır ki, Türkiyə ətrafındakı bütün ölkələrlə münasibətlərini inkişaf etdirmək istəyir. Ermənistan ilə münasibətlərimizdə ən mühüm şərtimiz onun işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsidir. Bu şərti yerinə yetirdikdən sonra Ermənistanla da əlaqələrimiz qaydasına düşəcəkdir. Konfransda çıxış edən İsveç-Türkiyə parlamentlərarası dostluq qrupunun sədri Qoran Lindblad isə bildirmişdir ki, bu il martın 11-də İsveç parlamentində qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən solçu partiyalar bu qərarlarını Avropa İttifaqı və BMT-yə göndərərək yeni qətnamə qəbul etdirmək istəyirlər. O, buna mane olmaq üçün İsveç vətənfdaşı olan türkləri Modern Partiyasına səs verməyə çağırmışdır.

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

7 Sentyabr 2010, Çərşənbə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar