→   /  Bütün xəbərlər  /

İflic xəstəliyi tarixə çevriləcək

Amerkalı araşdırmaçılar siçanlarda ilik zədələnməsindən sonra itirilmiş sinirlərin önəmli miqdarda yenidən canlandırılması sahəsində uğur əldə ediblər. "Nature Neuroscience" jurnalında verilən xəbərə görə, siçanlarda hüceyrələrin artmasını təmin edən enzimlər sayəsində ilikdəki ölmüş sinirləri canlandırmaq mümkün olub.
Alimlər bildiriblər ki, bu üsulla göz sinirlərini yenidən canlandırmaq və görməni təmin etmək mümkün olacaqdır. Elm aləminə məlumdur ki, insan vücudu anadan olandan sonra yeni sinir hüceyrələri yarada bilir, ancaq bu xüsusiyyət yaş artdıqca azalır və ya aradan qalxır. Hər hansı qəzadan sonra ölmüş "akson"adlı ilik hüceyrələrini yenidən canlandırmaq mümkün olmur. Son təcrübədə gənc məməlilərdə hüceyrələri yenidən canlanmağa məcbur edən siqnal sistemindən istifadə olunub. Bunun üçün siçanlarda yeni sinir yaranmasının qarşısını alan "Pten"adlı genlər orqanizmdən uzaqlaşdırılıb.
Harvard və Koliforniya Universitetlərinin araşdırma qrupu zədələnmiş ilikdə yeni sinir hüceyrələrinin yarandığını müşahidə edib. Araşdırmaya rəhbərlik edən professor Osvald Stevaro bildirib ki, ilik zədələndikdən sonra iflic olma və hərəkət qabiliyyətinin itirilməsi halları baş verir və onun müalicəsi mümkünsüz görünürdü. Ancaq əldə olunan bioloji tapıntı sayəsində ölmüş ilik hüceyrələrini yenidən canlandırmaq mümkün olacaq.
Kembric Universitetinin nevrologiya bölməsinin rəhbəri professor Ceyms Favselt gənc siçanlarda mükəmməl nəticələrin əldə olunduğunu, yaşlı siçanlar üzərində təcrübələrin davam etdiyini bildirib. İlik sinirlərinin canlandırılması sahəsində araşdırmalar tamamlandıqdan sonra bu metod könüllü insanlar üzərində sınaqdan keçiriləcək.

Şəlalə XUDAVERDİYEVA, Bakı Qızlar Universitetinin III kurs tələbəsi

 

1 Sentyabr 2010, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar