→   /  Bütün xəbərlər  /

Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir
Sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı təntənəli mərasimdə nitq söylədi.

 

3 Sentyabr 2010, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar