→   /  Bütün xəbərlər  /

Azərbaycanın Kaliforniyadakı diplomatik nümayəndəliyi "Beverli Hillz şəhəri günü" bayram tədbirlərinə sponsorluq etmişdir

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan bildirmişlər ki, ölkəmizin Kaliforniyadakı diplomatik nümayəndəliyinin əməkdaşları "Beverli Hillz şəhəri günü" bayram tədbirlərinin sponsorlarından biri olmuşdur.
2010-cu il sentyabrın 2-si ABŞ təqvimində Beverli Hillz şəhərinin poçt indeksi olan "90210"-la üst-üstə düşür. Bu təsadüfdən istifadə edərək adı parlaq və gözəl həyatın sinoniminə çevrilmiş Beverli Hillz şəhərində bayram mərasimi təşkil edilmişdir. Qeyd edək ki, "90210" həm də Beverli Hillz gənclərinin həyatından bəhs edən məhşur Amerika teleserialının adıdır.
Bayram tədbirinin rəsmi hissəsində Beverli Hillz şəhərinin meri Cimmi Delşad və CNN kanalının tanınmış aparıcısı Larri Kinq də iştirak etmişlər.
Konsertdə pop musiqisinin ulduzları Nataşa Bedinqfild, Ne-Yo və digərləri çıxış etmişlər.
Tədbir ABŞ mətbuatında geniş işıqlandırılmışdır.
Beverli Hillzin cəmi 35 min nəfər əhalisi vardır. Amma burada çoxsaylı Hollivud ulduzlarının yaşaması şəhərin bütün dünyada tanınmasına səbəb olmuşdur.
Şəhərin meri Cimmi Delşad 2008-ci ildə Azərbaycanda səfərdə olmuş və səfər çərçivəsində Heydər Əliyev Fondunun mədəniyyətlərarası dialoq mövzusunda təşkil edilən beynəxalq forumunda çıxış etmişdir.

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

 

5 Sentyabr 2010, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar