→   /  Bütün xəbərlər  /

Azərbaycan Prezidenti İlham Əliyev Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul etmişdir.
Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycana ilk dəfə 2007-ci ildə səfər etdiyini vurğulayaraq budəfəki səfəri zamanı o vaxtdan ötən dövr ərzində Bakı şəhərində, ölkəmizdə böyük inkişaf proseslərinin şahidi olduğunu demişdir.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Sosialist İnternasionalı kimi mühüm təşkilatın rəhbərinin ölkəmizə səfərini yüksək qiymətləndirmiş və Azərbaycanın bu təşkilatla əməkdaşlığının bundan sonra da davam edəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə Sosialist İnternasionalı təşkilatı ilə ölkəmiz arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
AzərTAc

 

30 İyul 2010, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar