→   /  Bütün xəbərlər  /

Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın inkişafı üçün geniş potensial vardır

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, avqustun 31-də nazir Elmar Məmmədyarov Almaniyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Herber Kvelli ilə görüşmüşdür.
Etimadnaməsinin surətini nazirə təqdim edən H.Kvelli Azərbaycanda səfir təyin olunmasından məmnunluğunu bildirmişdir. Ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayan diplomat fəaliyyəti dövründə Azərbaycan-Almaniya əlaqələrinin genişləndirilməsinə çalışacağını demişdir.
Nazir E.Məmmədyarov H.Kvellini yeni təyinatı münasibətilə təbrik etmiş və işlərində müvəffəqiyyətlər arzulamışdır.

 

1 Sentyabr 2010, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar