İsmayıllıda ümummilli liderin anım günü ilə əlaqədar yürüş

Dekabrın 5-də İsmayıllıda ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş xatirə yürüşü keçirilib. 36 il bundan əvvəl məhz həmin gün – 1981-ci il noyabrın 30-da baş vermiş zəlzələdən sonra ulu öndər İsmayıllıya gəlmişdir. Heydər Əliyev şəhəri gəzmiş, indiki Mübariz Orucov küçəsində yaşamış Qaraxanım Mahmudovanın həyətində daha çox dayanmış, onunla və gəlini Pərişan Mahmudova ilə söhbət etmişdir. Pərişan xanım  indi ümummilli liderin tikdirdiyi evdə nəvələri ilə xoşbəxt həyatını davam etdirir.

Heydər Əliyev sonra Mican, Mücühəftaran və Ruşan kəndlərinə getmiş, sakinlərlə görüşüb, söhbət etmişdir. Onun sayəsində İsmayıllıda yeni bir İsmayıllı tikilmiş, qurulmuş və inkişaf etmişdir. Yürüş də həmin istiqamətlər üzrə nəzərdə tutulmuşdur.

Yürüş iştirakçıları və onları yola salanlar ilk növbədə Mərkəzi meydana toplaşmış, ümummilli liderin abidəsini ziyarət etmiş, önünə gül düzmüşlər.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov “Azərbaycan tarixinin Heydər Əliyev epoxasının birinci və ikinci mərhələsi: Respublikanın inkişafı, xilası və yüksəlişi” mövzusunda nitq söyləmişdir.

Dövlət qulluğu veteranı Valeh Salehov ümummilli lider Heydər Əliyevin İsmayıllıya 5 dekabr 1981-ci il səfəri və onun rayonu yüksəlişə aparan nəticələrindən danışmışdır.

Sonra yürüş iştirakçıları Mübariz Orucov küçəsində yaşayan Pərişan Mahmudova ilə görüşə getmişlər. Valeh Salehov və Pərişan Mahmudova 5 dekabr 1981-ci il görüşündən danışmışlar. Bugünkü inkişafa görə Prezident İlham Əliyevə minnətdarlıq etmişlər. Yürüş Micana, Mücühəftarana və Ruşana doğru davam etmişdir.

Rayon mərkəzindən 18 kilometr məsafədə olan Ruşanda yürüş iştirakçılarını kənd sakinləri səmimiyyətlə qarşılamışlar.

Valeh Salehov ümummilli lider Heydər Əliyevin hamıya nümunə olan həyatından və fəaliyyətindən, xilaskarlıq missiyasından, İsmayıllının yüksəlişi üçün etdiklərindən,  Prezident İlham Əliyevin yaratdığı bugünkü Azərbaycandan, regionların sürətli inkişafından danışmışdır. Xatirə yürüşünə qatılanlar başlanğıc nöqtəsinə qayıdaraq tədbirlərini başa çatdırmışlar.

İlqar HƏSƏNOV,
 “Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında