Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Gəncə Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi arasında canlı əlaqə yaradılmışdır

Fevralın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) videokonfrans zalından Gəncə Şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi ilə birbaşa canlı əlaqə yaradılmışdır.
Nazir Füzuli Ələkbərov videobağlantı vasitəsilə mərkəzə (ƏSMM) müraciət edən vətəndaşlarla ünsiyyət quraraq, onlara göstərilən xidmətin keyfiyyəti ilə maraqlanmışdır. Doqquz şikayətçinin problemini dinləyən nazir müvafiq struktur rəhbərlərinə ciddi tapşırıq verərək bundan sonra da əhali tərəfindən daxil olan müraciətlərə məsuliyyətlə yanaşmağı tapşırmışdır.
F.Ələkbərov bildirmişdir ki, ötən il nazirliyə 6 min 700-ə yaxın müraciət daxil olmuşdur. Onun əksəriyyəti sorğu xarakterlidir. Bu bizi narahat edir. Nəyə görə indiyədək lazımi qurumlar əhali ilə sıx əməkdaşlıq etməmişlər ki, onlarda müəyyən sorğular yaranmışdır. Müraciət edənlərin bir qismi, təəssüf ki, kobudluqla qarşılaşır. 200 vətəndaşımız rüşvətlə qarşılaşma iddiası ilə müraciət etmişdir. Ona görə də bütün bu məsələlər diqqət mərkəzində olacaqdır. Bəzən ünvanlı sosial yardımla bağlı aparılan araşdırmalar zamanı müraciətlərin müəyyən hissəsinin bir şəxsə məxsus olduğu müəyyən olunur. Nazir belə halların qarşısının alınacağını da vurğulamışdır.
Diqqətə çatdırılmışdır ki, bu kimi tədbirlərin gələcəkdə digər rayon (şəhər) mərkəzləri ilə də davam etdiriləcəyi nəzərdə tutulmuşdur. Cari ildə daha 33 regional mərkəzdə videokonfrans sisteminin quraşdırılması planlaşdırılır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • Ağsulular “Bakı-2015”-in məşəl estafetini böyük coşqu ilə qarşıladılar

    Ağsulular “Bakı-2015”-in məşəl estafetini böyük coşqu ilə qarşıladılar

  • “Bakı-2015”-in məşəli Kürdəmirə bayram sevinci gətirdi

    “Bakı-2015”-in məşəli Kürdəmirə bayram sevinci gətirdi

  • “Bakı 2015”-in məşəli İsmayıllıda bayram təntənəsi ilə qarşılandı

    “Bakı 2015”-in məşəli İsmayıllıda bayram təntənəsi ilə qarşılandı

  • Alov festivalının növbəti ünvanı qədim və müasir Qəbələ oldu

    Alov festivalının növbəti ünvanı qədim və müasir Qəbələ oldu

  • Birinci Avropa Oyunlarının məşəli Qaxda böyük coşqu ilə qarşılandı

    Birinci Avropa Oyunlarının məşəli Qaxda böyük coşqu ilə qarşılandı

Çox oxunanlar



Təqvim

Hava haqqında