Bakıətrafı qəsəbələrdə daha bir avtomobil yolunun tikintisi yekunlaşır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq  sərəncamına əsasən inşa olunan Sabunçu-Ramana avtomobil yolunda işlər yekunlaşmaq üzrədir.  Yolun tikintisi “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında və texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə aparılır.

Xatırladaq ki, sözügedən  avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Üstəlik, bəzi ərazilərdə səkilərin olmaması piyadaların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılır.

Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5,7 kilometr, yolun hərəkət hissəsinin eni 9 metr,  ikitərəfli  piyada səkilərinin eni isə 1,5 metr təşkil edir.  Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılıb çıxarıldıqdan sonra karbonat materialı tökülərək yenidən kipləşdirilib. Daha sonra yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib.  Hazırda yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənir ki, bu işlər də artıq yekunlaşmaq ərəfəsindədir. İnşaat işləri çərçivəsində yolun təqribən 60 min kvadratmetr  sahəsinin asfaltlanması nəzərdə tutulub. Bununla yanaşı, piyadaların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1,5 metr enində səkilərin tikintisi və yol boyu 6426 paqonometr yeni səki daşlarının düzülməsi işləri aparılıb.

Tikinti işləri tam bitdikdən sonra layihə üzrə nəzərdə tutulmuş və avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq. Yeri gəlmişkən,  Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq, yük və sərnişin daşınması yaxşılaşacaq.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında