Kəndlərdə su təchizatı layihələri həyata keçirilir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq içməli su çatışmazlığı müşahidə edilən kəndlərin su təchizatının yaxşılaşdırılması tədbirlərini davam etdirir.Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə  və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonda 13 kəndin içməli su təchizatının yaxşılaşdırılması səhmdar cəmiyyətin təxirəsalınmaz tədbirlər planına daxil edilib və həmin kəndlərdə layihələr həyata keçirilib.

Bu günlərdə Xaçmaz rayonunun  7 kən­dini əhatə edən içməli su layihəsinin icrası yekunlaşdırılıb və suyun verilməsinə başlanılıb. Rayonun Qaradağlı və Gülalan kəndlərində keçirilən açılış mərasimlərində Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bölgələrdə həyata keçirilən infra­struktur layihələrinin əhəmiyyətindən danışıb, ölkə rəhbərliyinin şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərin də içməli su təchizatının yaxşılaşdırılmasını daim diqqətdə saxladığını vurğulayıb.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC direktorunun müavini Ramin Sadıqov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə respublikada həyata keçirilən layihələr barədə məlumat verib, bu tədbirlərin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb. Dövlət başçısı İlham Əliyevin əhalinin içməli su təminatının yaxşılaşdırılması barədə tapşırıqlarına uyğun olaraq bölgələrdə genişmiqyaslı işlərin həyata keçirildiyini diqqətə çatdıran R.Sadıqov içməli su problemi müşahidə olunan kəndlərdən Heydər Əliyev Fondunun “Regional ­İnkişaf” İctimai Birliyinə  və “Azərsu” ASC-yə daxil olmuş müraciətlər əsasında kəndlərin su təchizatı imkanlarının araşdırılaraq qısa müddətdə layihələrin işlənib icra edildiyini bildirib.

Xatırladaq ki, Xaçmaz rayonunun 7 kəndində həyata keçirilmiş layihə çərçivəsində Qaradağlı, Alıcqışlaq, Çiləgir, Manafoba, Seyidlər, Aşağı Ləgər və Gülalan kəndlərində içməli su təchizatı sistemləri yaradılıb. Həmin kəndlərdə müxtəlif diametrli borularla 14 kilometr içməli su xətti çəkilib, bulaqlar quraşdırılıb. Hazırda  rayonun Gülalan, Aşağı Ləgər, Alıcqışlaq, Manafoba və Seyidlər kəndlərinə içməli su artezian quyuları, Qaradağlı və Çiləgir kəndlərinə isə II Bakı su kəmərindən verilir. Yeni layihənin icrasından Xaçmaz rayonunun 7 kəndinin 4600-dək sakini faydalanıb.

M.YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında