Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri laçınlı məcburi köçkünlərlə görüşmüşlər

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar, qurumun Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd və şair Fikrət Qoca Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşmüşlər.
Qonaqlar əvvəlcə qəsəbədə ümummilli lider Heydər Əliyevin büstü və şəhidlərin xatirə kompleksini ziyarət etmiş, önünə çiçək dəstələri qoymuşlar. Sonra 37 saylı Laçın orta məktəbinin kollektivi ilə görüş olmuşdur.
Laçın rayon ictimaiyyəti ilə mədəniyyət evində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov qonaqları salamlamış, məcburi köçkünlərlə görüşə gəldikləri üçün minnətdarlığını bildirmişdir.
Tədbirdə məktəblilər qonaqların əsərlərindən parçalar və şeirlərinə yazılmış mahnılar ifa etmişlər.
Anar, Fikrət Qoca və Ənvər Əhməd laçınlılarla görüşdüklərindən məmnun olduqlarını bildirmiş, bu görüşün əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Qarabağ dərdini əks etdirən əsərləri haqqında danışan ziyalılar işğal altında olan torpaqlarımızın Prezident İlham Əliyevin qəti və prinsipial mövqeyi sayəsində tezliklə azad ediləcəyinə, növbəti görüşləri Laçın rayonunda keçirəcəklərinə əminliklərini bildirmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında