Yeni saytın təqdimatı keçirilib

Son illər ölkəmizdə qeyri-neft sektorunun, xüsusilə də aqrar bölmənin inkişafına böyük diqqət ayrılır. Bununla bağlı çoxsaylı tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinin uğurlu icrası meyvəçiliyin inkişafına münbit şərait yaratmaqla, ölkədə ərzaq bolluğuna səbəb olub.

Bu fikirləri Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının saytının təqdimat mərasimində assosiasiyanın sədri Fərhad Qaraşov bildirib. O, məlumat verib ki, assosiasiya 2016-cı ilin oktyabr ayından fəaliyyətə başlayıb. Assosiasiya narçılığın inkişaf etdirilməsi, bu məhsulun xarici bazarlara geniş şəkildə çıxarılması və ixrac missiyasını yeni bazarlar hesabına genişləndirilməsi məqsədilə apardığı işlər iqtisadiyyatımızın inkişafına böyük töhfələr verir.

Rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, bu sahədə ixracın genişləndirilməsi, Azərbaycan məhsullarının xarici bazarlarda “Made in Azerbaijan” brendi altında tanıdılması, beynəlxalq sərgilərdə yerli məhsullarımızın vahid ölkə stendində nümayiş olunması, üzv olan sahibkarlara ixrac təşviqi ödənilməsinə köməklik göstərilməsi, ixracatçılara məsləhət xidməti göstərilməsi məqsədilə yaradılıb.

Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş videoçarx nümayiş olunub. Yarandığı gündən bir sıra uğurlara imza atan assosiasiya yeni bir uğurunu, web-saytının yenilənmiş versiyasını ictimaiyyətə təqdim edib.

 

V. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında