“Sualtı arxeoloji ekspedisiya – 50, Viktor Kvaçidze - 85” mövzusunda elmi seminar

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Sualtı arxeoloji ekspedisiya – 50, Viktor Kvaçidze - 85” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı 50 il bundan əvvəl Xəzər akvatoriyasında genişmiqyaslı sualtı arxeoloji axtarışlar aparmış ekspedisiyanın fəaliyyəti, ekspedisiyanın rəhbəri Viktor Kvaçidzenin həyat və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 1968-ci ildə muzeyin əməkdaşı, arxeoloq V.Kvaçidzenin rəhbərliyi ilə Xəzər dənizində sualtı ekspedisiya təşkil olunub. Bugünkü tədbir ekspedisiyanın 50, onun daimi rəhbəri V.Kvaçidzenin isə 85 illiyinə həsr edilib.

V.Kvaçidze ilə uzun illər birgə çalışdıqlarını deyən N.Vəlixanlı həmin ekspedisiyanın fəaliyyəti ilə bağlı muzeydə müxtəlif görüş və tədbirlər keçirildiyini söyləyib. Muzeydə ekspedisiyaya həsr olunan xüsusi guşə təşkil edilib və orada su altından tapılmış arxeoloji materiallar yer alıb.

Sonra muzeyin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə “Xəzər akvatoriyasında sualtı arxeoloji tədqiqatlar və Viktor Kvaçidze” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, arxeoloq V.Kvaçidzenin rəhbərlik etdiyi tədqiqat qrupu 1968-1987-ci illərdə Xəzərin Azərbaycan sahili boyunca və Plita Poqorelaya, Pavlov və Kür sualtı bankələrinin, eləcə də Bulla, Oblivnoy, Səngi-Muğan, Böyükdaş və Kiçikdaş adalarının, Pirsaat silsiləsinin, Abşeronun Amburan burnunun (köhnə Bilgəh), Gürgan və s. Azərbaycan akvatoriyası sualtı abidələrinin tədqiqi üçün arxeoloji ekspedisiyalar təşkil edib.

 

V. BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında