Türkiyəli mötəbər qonaqlar Musiqili Teatrda

Qurumun mətbuat xidmətindən bildirilib ki, bir çox ölkələrədə kifayət qədər populyarlıq qazanan, istedadlı kino və teatr aktyoru, "Kurtlar vadisi"ndən Ömər baba obrazı ilə yaddaşlarda iz salan Emin Olcay və Azərbaycan teatrlarında səhnəyə qoyulan «Uçqun», «Gözəlçələr», «Ziyarətçi», “Matryoşka” tamaşalarının müəllifi kimi adı çoxlarına tanış olan, müasir türk yazıçı-dramaturqu Tuncər Cücənoğlu Musiqili Teatrın qonağı olub.

Qonaqları Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib, səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Türkiyəli sənətkarlar teatrın yaranma tarixi, inzibati binası, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən,  sonrakı fəaliyyəti və mövcud şəraiti ilə də yaxından tanış olublar.

Sonda Emin Olcay və Tuncər Cücənoğlu Musiqili Teatrın möhtəşəm səhnəsində quruluşçu  rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ideya müəllifi və bədii rəhbəri Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev olan “Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşasının məşqlərinə baxıblar.

Növbəti səfərlərində də mütləq Musiqili Teatra gəlmək, tamaşaları seyr etmək niyyətlərinin olduğunu bildirən hər iki tanınmış qonaq məşq prosesini izləyərkən də heyranlıqlarını gizlətməyiblər. İstedadlı yazıçı Tuncər Cucənoğlu “Ümidvaram ki, yaxın gələcəkdə mənim də əsərlərim bu teatrın möhtəşəm səhnəsində tamaşaya qoyulacaq” , -deyə arzusunu dilə gətirib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında