Ərzurum Polis Məktəbində görüş

Qardaş Türkiyədə  Ərzurum Polis Məktəbində yüzlərlə polis olmağa hazırlaşan gənc və müəllimlər qarşısında geniş məruzə ilə çıxış edən millət vəkili, siyasi elmlər doktoru  Q.Paşayeva Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumat verdikdən sonra bu məsələlərə beynəlxalq təşkilatların ikili standartlardan yanaşmalarını xüsusi vurğulayaraq kəskin qınayıb.

Bu gün BMT başda olmaqla, beynəlxalq təşkilatların bir neçə böyük dövlətin maraqlarının müdafiəsindən başqa heç bir işlə məşğul olmadığını, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı qətnamələrin həyata keçirilməsi üçün Ermənistana heç bir təzyiq göstərmədiyini bildirib. İnsan haqlarından danışan bu təşkilatların Ermənistanın işğalçılığı üzündən öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün haqlarının müdafiəsi istiqamətində heç bir addım atmadığını diqqətə çatdırıb”.

Q.Paşayeva bildirib ki, biz Qərbin ikili standartlarını Xocalı Soyqırmına yanaşmada daha aydın gördük: “100 il əvvəl tarixdə olmayan soyqırım barədə qərar qəbul edənlərin əksəriyyəti modern dünyanın gözləri qarşısında Ermənistanın Xocalıda törətdiyi dəhşətli soyqırımı görmək istəmədi. Eyni vəziyyət Türkiyəyə, türk dünyasına qarşı yanaşmada da özünü göstərir”.

Millət vəkili bildirib ki, beynəlxalq təşkilatların bir neçə böyük ölkənin maraqlarını müdafiə edən təşkilatlara çevrildiyi bir dünyada haqqı qorumağın tək yolu gücdür:”Bu güc isə birlikdən keçir. Ona görə də Azərbaycan--Türkiyə olaraq birliyimizi daha da gücləndirməliyik, gənc nəsillərimizi bir-birimizə daha çox sahib ola bilmə ruhunda yetiştirməliyik və birlikdə haqsızlıqlara qarşı mübarizəmizi gücləndirməliyik”. Türk gəncliyinin üzərinə bu məsələdə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb.

Polis məktəbinin rəhbərliyi və Ərzurum millət vəkili İbrahim Aydemir  çıxış edərək millət vəkili Q.Paşayevaya təşəkkür ediblər və onu yaxın zamanlarda təkrar konfrans verməyə dəvət ediblər.  Millət vəkili Q.Paşayeva tədbirdən sonra Polis okulunun rəhbərliyi və müəllimləri ilə geniş fikir mübadiləsi aparıb.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında