“Məcburi göstəriş “ verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib.

Reyd zamanı Nizami rayonu, M.Şərifli 810 ünvanında tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəsilmiş heyvanların tullantılarının qeyri-mütəşəkkil şəkildə ətrafa atıldığı və ərazidə antisanitar vəziyyətin yarandığı aşkar edilib.

Araşdırma zamanı tullantıların sözügedən ərazidə yerləşən ət və süd satışı mağazasının sahibi Nofəl Hüseynov tərəfindən əraziyə atıldığı məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, faktla bağlı mağazanın sahibi barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 800 manat məbləğində cərimə edilib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün N.Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında