Əməkdaşlıq əlaqələri genişlənir

Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) üzvləri Azərbaycanda işgüzar səfərdədir. Nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində qonaqlar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüblər. Görüşdə DEİK Türkiyə-Azərbaycan İşgüzar Şurasınının yeni tərkibi təqdim olunub və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə DEİK-in bugünədək birgə təşkil etdiyi tədbirlərin önəmindən söhbət açılıb.

DEİK Türkiyə-Azərbaycan İşgüzar Şurasınının  rəhbəri Selcuk Akat bildirib ki, səfərin əsas məqsədi təşkilatın  yeni tərkibi ilə Azərbaycan işgüzar dairələrin tanış etməkdir. Selçuk Akat cari il ərzində Bakı ilə yanaşı Azərbaycanın regionlarında da kənd təsərrüfatının əsas prioritet sahələri üzrə  tədbir təşkil etmək istədiklərini bildirib. Bundan başqa, Azərbaycanda investisiya imkanları ilə bağlı tədbirin təşkilinin də hər iki tərəf üçün faydalı olacağını da istisna etməyib.

Məmməd Musayev bildirib ki, DEİK və ASK arasında  faydalı əməkdaşlıq nümunələri  var. Ötən dövr ərzində hər iki təşkilat arasında birgə keçirilən tədbirlərin artıq müsbət nəticələri müşahidə edilir. Gələcəkdə də hər iki ölkənin özəl sektorunun inkişafı istiqamətində Azərbaycan Sahibkarlar Konfederasiyası DEİK-lə birgə işləməyə hazırdır.

Görüşün sonunda qonaqları maraqlandıran suallara cavab verilib.

Ə. BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında