"İşğal olunmuş ərazilərdə mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır"

Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında deyib. "Bizdə olan məlumata görə, Azərbayсanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mədəni abidələrlə bağlı vəziyyət çox acınacaqlıdır. Onların arasında dünya əhəmiyyətli mədəni miras nümunələri də var".

Nazir bildirib ki, nazirlik bununla bağlı müvafiq beynəlxalq təşkilatlara müraciət edib: "Biz bu vəziyyətdən çox narahatıq. Narahatlığımızı müvafiq beynəlxalq təşkilatlara da bildirdik ki, müvafiq missiyalar həyata keçirsinlər. Amma təəssüf ki, müraciətimizlə bağlı müsbət nəticə görmürük".

Ə.Qarayev qeyd edib ki, işğala məruz qalan ölkə olmasına baxmayaraq, Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkədir.

 

M.MÜKƏRRƏMOĞLU,
”Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında